İndoneziya səfiri “Səs” qəzetinin qonağı olub FOTOLAR

İndoneziya səfiri “Səs” qəzetinin qonağı olub FOTOLAR

İndoneziya Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Hüsnan Bəy Fanani "Səs" qəzetinin qonağı olub. SİA-nın verdiyi məlumata görə, səfir "Səs" qəzetinin baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyevlə görüşüb.

B.Quliyev səfir Fananinin dəvəti qəbul edib redaksiyaya təşrif buyurmasından məmnun olduğunu bildirib və bu görüşün "Səs" qəzetinin timsalında səfirliklə Azərbycan mediası arasında münasibətlərin daha da genişlənməsində mühüm rol oynayacağını qeyd edib. Baş redaktor ölkələrimiz arasında hərtərəfli əlaqələrin qurulmasında medianın önəmini bir daha vurğulayıb. Qarşıdan gələn IV İslam Həmrəylik Oyunlarında iştirakçı ölkələrin təmsil olunmaları üçün Azərbaycan dövləti tərəfindən bütün şəraitin yaradıldığını deyən B.Quliyev inandığını bildirib ki, dünyaya barış, qardaşlıq çağırışları edən ölkəmiz bu yarışların sonunda islam dünyasına həm də həmrəylik nümunəsi təqdim edəcək.

Səfir Hüsnan Bəy Fanani onu dəvət etdiyinə görə Baş redaktora minnətdarlığını bildirib. Qeyd edib ki, Azərbaycan hər zaman dünyaya iqtisadi, sosial, idman və digər sahələri əhatə edən yeni modellər təqdim edir. İslam ölkələri arasında həmrəyliyin dərinləşməsində Azərbaycan xüsusi əhəmiyyəti və yeri var. İnanırıq ki, IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edən Azərbaycan bu yarışlarda da İslam ölkələri arasında birliyin, həmrəyliyin dərinləşməsi, davamlı olması üçün bütün imkanlarını səfərbər edəcək.

Görüş digər mövzuların müzakirəsi ilə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə