Tvininq layihələrinin sayına görə Azərbaycan liderdir

Tvininq layihələrinin sayına görə Azərbaycan liderdir

Biz indiyə kimi Azərbaycanla 45 tvininq layihəsi həyata keçirmişik və bundan çox məmnunuq. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib. O bildirib ki, Azərbaycan tvininq layihələrinin sayına görə Şərq Tərəfdaşlığı ölkələri arasında liderdir: "Bu layihələr həm Azərbaycan, həm də Aİ üçün uğurlu olub və tərəflər arasında münasibətlərin möhkəmlənməsinə təkan verib. Son illər Azərbaycanda tvininq layihələrində mindən çox ekspert işləyib, Aİ-yə 100-ə yaxın səfərlər təşkil olunub, ən uğurlu layihələr sosial rifah ekologiya, statistika və digər sahələrdə keçirilib".

Azərbaycandakı fəaliyyəti ilə bağlı danışan Malena Mard hələ bir neçə ay ölkəmizdə olacağını diqqətə çatdırıb: "Azərbaycanda olmaqdan şadam. Çalışacağam ki, gələcək fəaliyyətimdə Azərbaycanla bağlı işlər görüm. Amma kimin təyin olacağını deyə bilmərəm. Bu məsələ ilə bağlı Ai-də işlər aparılır".

Bütün xəbərlər Facebook səhifəmizdə