Azərbaycan Prezidentinin qızı öz oğlu ilə "CinemaPlus"da olub

Azərbaycan Respublikasnın Prezidenti İlham Əliyevin qızı Arzu Əliyeva bu gün öz oğlu ilə birlikdə "CinemaPlus Amburan Mall" kinoteatrlar şəbəkəsini ziyarət edib. SİA-nın məlumatına görə, bu barədə "CinemaPlus"dan məlumat verillib.

Qonaqlar "The Boss baby" animasiya filmini izləyiblər və filmdən zövq alıblar.

Qeyd edək ki, "CinemaPlus Amburan Mall" Bilgəh qəsəbəsində, "Amburan Mall" ticarət mərkəzinin birinci mərtəbəsində yerləşir. Kinoteatrda üç zal və beynəlxalq standartlara cavab verən 164 oturacaq var. Zallar İspaniya istehsalı olan yüksək keyfiyyətli və rahat kreslolarla təchiz edilib.

Bundan başqa, "CinemaPlus Amburan Mall"da Master Image 3D texnologiyasından istifadə edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə