"Dünən IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq çərçivəsində Bakı şəhərində Daş Səlnamə Muzeyində "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlanan su səyahətinə start verildi. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd etdiyi kimi, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bizim üçün böyük şərəfdir. Biz bunu İslam ölkələrinin Azərbaycana olan hörmətinin və inamının təzahüri kimi qəbul edirik. Eyni zamanda, bu bizim üçün böyük məsuliyyətdir və demək olar ki, bütün hazirlıq işləri başa çatıb. Biz Oyunları qəbul etmək üçün tam hazırıq". Bunu millət vəkili Rauf Əliyev SİA-ya açıqlamasında deyib.
Millət vəkili bildirib ki, bu ilin mayın 12-dən 22 dək Bakıda keçriləcək IV İslam Həmrəyliyi Oyunları bütün Azərbaycan, eləcə də bütün İslam dünyası üçün mötəbər bir idman tədbiridir: "On gün bütün İslam Dünyasının eləcə də bütün dünyanın diqqəti Bakıya, Azərbaycana yönələcək. Bir aydan bir qədər sonra 57 ölkəni təmsil edən 3 mindən çox idmançının idmanın 21 növü üzrə mübarizə aparacağı gözlənilir. İslam Oyunları tarixində bu bir rekorddur. 2005-ci ildə Məkkədə keçrilən I İslam Oyunlarında 55 ölkənin, 2013-cü ildə İndoneziyada keçrilən III İslam Oyunlarında isə 44 ölkəni təmsil edən idmançılar iştirak etmişlər".
R.Əliyev əlavə edib ki, Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi "Bakı-2017" İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi tərəfindən yüksək səviyyədə həyata keçrilən hazırlıq tədbirləri nəticəsində Azərbaycan artıq Oyunların keçrilməsinə hazırdır: "Bu il eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən Azərbaycanda İslam Həmrəyliyi İli elan olunmuşdur. Bu da bütün müsəlman ölkələrini bir-biri ilə daha sıx birləşdirmək, dostluq əlaqələrini daha da genişləndirmək üçün əlverişli şərait yaratmışdır. "Bakı-2017" İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçrilməsi həm Azərbaycan üçün, iştirakçı dövlətlər üçün, İslam dünyası üçün,ümumiyyətlə bütün dünya üçün böyük əhəmiyyətə malikdir. Bu oyunlar ilk növbədə İslam Həmrəyliyini gücləndirəcək, dünyaya göstərəcək ki, İslam dini sülh, mərhəmət və qardaşlıq dinidir. Eyni zamanda bütün dünya görəcək ki, Azərbaycan böyük imkanlara malik, inkişaf etmiş müasir bir ölkədir və bu ölkə ən mötəbər beynəlxalq yarışları keçirməyə qadirdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB