İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fanani "Səs" Media Qrupda olub. SİA-nın məlumatına görə, səfir media qrupun rəhbəri Bəhruz Quliyevlə görüşüb. Görüş zamanı iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb. Azərbaycanda Prezident İlham Əliyevin sərəncamı ilə bu ilin "İslam Həmrəyliyi İli" élan edilməsi və ölkəmizdə növbəti İslam Həmrəyliyi Oyunlarının keçirlməsi məmnunluqla qeyd edilib. Diplomat ölkəsinin bu oyunlarda iştirakı barədə də məlumat verib. Azərbaycanın İslam mədəniyyətinin, svilzasiyasının mərkəzi olduğunu vurğulayıb.
B.Quliyev ölkəmizdə İslam Həmrəyliyi Oyunlarına hazırlığın yüksək səviyyədə olduğunu vurğulayıb. Səfirə "Səs"Media Qrupun fəaliyyəti barədə də məlumat verib və gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB