Azərbaycanda səfərdə olan İordaniya Kral Akademiyasının direktoru xanım Rim Masrini və İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfirliyinin konsulu Saad Hasal aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov və əməkdaşlarla görüşüblər.
Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, görüşdə O.Səmədov fondun fəaliyyəti və ərəb dili kurslarının hansı zərurətdən yaranması barədə qonaqlara məlumat verib. Qeyd edilib ki, kursun dili daha yaxşı mənimsəyən dinləyiciləri Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları zamanı xidmət göstərəcək Könüllülər Proqramında iştirak edəcəklər. Fondun icraçı direktoru 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunnmasını xatırladıb. O, Bilik Fondunun "Səfir saatı" klubunun fəaliyyətindən danışıb, islam ölkələrinin Azərbaycandakı səfirlərinin kluba üzv olduqlarını deyib.
Vurğulanıb ki, Kral Akademiyasının qazandığı təcrübənin ölkəmizdə öyrənilməsi, yayılması, tələbə və müəllim mübadiləsinin həyata keçirilməsi böyük əhəmiyyət daşıyır. S.Hasal görüşə görə fondun rəhbərliyinə minnətdarlığını bildirib. R.Masrini Bilik Fondu ilə tanışlıqdan məmnunluğunu bildirib, rəhbərlik etdiyi təhsil ocağı ilə fondun fəaliyyətindəki oxşar cəhətləri diqqətə çatdırıb.
İordaniya Kral Akademiyasının direktoru bildirib ki, Bilik Fondu ilə əməkdaşlıq etməyə hazırdırlar və bu istiqamətdə tədbirlər planının hazırlanmasına ehtiyac var. Qeyd edilib ki, birgə maarifləndirmə layihələri hər iki ölkənin elmi sahədə birgə daha sıx əlaqələr qurmasına böyük təkan olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB