"Biz ya kabel, ya da peyk televiziya yayımına üstünlük verməliyik"

"Biz ya kabel, ya da peyk televiziya yayımına üstünlük verməliyik"

"Biz ya kabel, ya da peyk televiziya yayımına üstünlük verməliyik. Çünki dünyada xarici ölkələrin televiziyalarının digər ölkənin ərazisində yerüstü televiziya yayımında olması təcrübəsi yoxdur". SİA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının Texniki şöbəsinin müdiri İsa Məmmədov Milli Məclisin Mədəniyyət komitəsinin bugünkü iclasında "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsini müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, peyk televiziya yayımı böyük məsrəflər hesabına başa gəlir, amma onun yayımı abonentə çox ucuz başa gəlir: "Digər məsələ budur ki, peyk yayımcısı özü bir müddət sonra – kanallara maraq yarandıqda kanalları kodlayır. Bununla da istəyir ki, həmin istifadəçilər yayımçının abonenti olsunlar. Kabel televiziyasında olan televiziya proqramlar isə müxtəlif peyklərdən götürülür. Hər hansı abonentin də onu evində yaratmaq imkanı yoxdur. Bunun üçün abonentin evində antena və qəbuledici quraşdırılmalıdır. Bu işi yayımçı öz üzərinə götürür və daha sonra kabel şəbəkəsinin yayımına başlayır".

Bütün xəbərlər Facebook səhifəmizdə