"NTV+" uzun müddətdir ki, Azərbaycanda qanunsuz fəaliyyət göstərir"
"NTV+" uzun müddətdir ki, Azərbaycanda qanunsuz fəaliyyət göstərir və bununla bağlı məhkəmələrə və digər aidiyyatı orqanlara müraciət olunub". SİA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Milli Məclisin Mədəniyyət komitəsinin bugünkü iclasında "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Bu gün çoxmərtəbəli binaların əksəriyyətində qeyri-qanuni kabel yayımı ilə məşğul olan şəxslərin olduğunu deyən MTRŞ sədri bu halın qanunsuz olduğunu dilə gətirib: "Belə hallar kütləvi saydadır. Dəfələrlə bu məsələni qaldırmışıq. Bununla bağlı hüquq-mühafizə orqanlarına, Vergilər Nazirliyinə müraciət etmişik, amma nəticə yoxdur. Bizim də hər bir evə ayrıca girmək səlahiyyətimiz yoxdur. Amma qurumlar bu işin öhdəsindən gələ bilərlər. "Kabel şəbəkəsi yayımı" haqqında yeni hazırlanan qanun layihəsi əsasında buna qarşı mübarizə aparmaq istəyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB