“Kabel şəbəkəsi yayımı haqqında”qanun qısa zamanda qəbul edilməlidir"

“Kabel şəbəkəsi yayımı haqqında”qanun qısa zamanda qəbul edilməlidir"

"Bu gün Azərbaycanda 17 kabel şəbəkəsi, 15 İP televiziya fəaliyyət göstərir. Lakin indiyədək onların fəaliyyətini tənzimləyən qanun layihəsi olmadığı üçün yeni qanunun qəbuluna buna ehtiyac var". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Ölkəmizdə "Televiziya yayımı haqqında" qanunun olduğunu dilə gtirən R. Hüseynov söyləyib ki, qanun layihəsinin 30 maddəsi kabel şəbəkəsinin yayımı ilə bağlıdır: "Lakin Milli Televiziya və Radio Şurasının bu sahədəki fəaliyyətlərini bir qədər də səmtləndirmək və bu sahədəki problemləri arada qaldırmaq üçün yeni qanunun qəbuluna ehtiyac var. Kabel şəbəkəsindəki qanundankənar hallar və ya sui-istifadə halları ilə bağlı Milli Məclisə dəfələrlə müraciətlər olub. Bu baxımdan sözügedən məsələləri tənzimlək yeni qanuna ehtiyac yaradır. Azəraycanın milli-maraqları. vətəndaş mənaeyi hər şedən üstün tutulmalıdır ki, bu da yalnız qanunla təzimlənə bilər. Qanun layihəsi hazırlanarkən bir sıra ölkələrin qnunvericiliyik təcrübəsindən istifadə olunub"

R. Hüseynov söyləyib ki, yeni layihə qısa zamanda qəbul edilməlidir: "Həcm etibarı ilə böyük olmayan qanun 4 fəsil, 17 maddədən ibarətdir. Qanun layihəsi kabel şəbəkəsi yayımı ilə əlaqədar ortaya çıxa biləcək bütün suallara cavab verəcək. Kabel şəbəkəsi yayımının həyata keçirilməsinə şərait yarataq qanunun ilkin vəzifəsidir. Qanuna əsasən kabel şəbəkəsindən istifadə edənlərin və yayımını həyata keçirənlərin hüquqları qorunacaq. Kabel şəbəkəsinin yayımı üçün əlverişli şəraitin yaradılması da qanunda əsas məsələlərdən biridir.Sahibkarlıq, abonentlərin hüquqları, eyni zamanda dövlətimizin vacib maraqları da qanunun əsas hədəflərindəndir. Layihədə xarici reklam müdaxiləsinin hüdudları da müəyyənləşdirilib. Qanunun dili hər kəs üçün eynidir onun maddələrinə hər kəsin əməl etməsi vacibdir".

Bütün xəbərlər Facebook səhifəmizdə