Göygöldə yazlıq əkin işlərinə start verilib

Göygöldə yazlıq əkin işlərinə start verilib

Göygöl rayonunda yazlıq əkin işlərinə başlanılıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, bu istiqamətdə Aqrolizinq ASC-nın rayon filialı tərəfindən 400 tona yaxın mineral gübrə gətirilib. İlkin mərhələdə gübrənin 220 tonu təsərrüfat sahiblərinə satılıb.

Qeyd edək ki rayonda orta hesabla 11 min ha yaxın əkin aparılır. Bunun da əsas hissəsi taxıl və arpadır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə