Aprel döyüşlərinin ildönümü ərəfəsində AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızının "Hay ver mənə, cənab leytenant" kitabı işıq üzü görüb. "Çaşıoğlu" nəşriyyatında çapdan çıxmış kitab ötən il aprel döyüşlərində erməni mövqelərinə aviasiya zərbələri endirən zaman düşmən tərəfindən vurulan Mİ-24 helikopterində şəhid olan hərbçimiz baş leytenant Əbu Bəkr İsmayılovun çox qısa, lakin mənalı həyat və döyüş yolundan bəhs edir.
Kitaba igid qəhrəman haqqında mətbuatda dərc olunmuş məqalə və şeirlər, döyüş dostlarının və doğmalarının xatirələri daxil edilib. Şəhidliyin necə uca bir zirvə olduğunu əks etdirən belə mükəmməl kitabın nəşrində məqsəd onların unudulmaması və örnək olaraq gənc nəslə hərbi vətənpərvərlik ruhunun aşılanmasıdır.
ZÜMRÜD
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB