Hadı Rəcəbli: "Ölkədə turizm obyektlərinin qiymətləri xidmətə görə tənzimlənəcək"

Hadı Rəcəbli: "Ölkədə turizm obyektlərinin qiymətləri xidmətə görə tənzimlənəcək"

"Azərbaycanda turizm sahəsində xidmətlərin səviyyəsi o qədər də aşağı deyil. Burada əsas məsələ qiymətlərlə bağlıdır". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin əmək və Sosial Siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

Ölkəmizdə üç ulduzlu otellərin sayı artırılmasına ehtiyacın olduğunu deyən komitə sədri bildirib ki, bununla bağlı Ölkə başçısının da tapşırıqları var: "Ölkəmizdə üç ulduzlu otellərin tikilməsi qiymətlərin aşağı düşməsinə təsir göstərəcək. Bundan başqa, turizm sahəsində bir sıra güzəştlər nəzərdə tutulur ki, bu da qiymətlərə təsir edəcək".

H. Rəcəbli söyləyib ki, Milli Məclisdə hazırlanan "Turizm haqqında" yeni qanun yuxarıda bu sahədə mövcud problemlərin aradan qaldırılmasına hesablanıb.

Məktəbli turizminin inkişafının vacib məsələlərdən biri olduğunu deyən deputat ölkə başçısının sərəncamı əsasında inkişaf etdiriləcək çimərlik turizminin də bu sahənin inkişafına mühüm töhfələr verəcəyini dilə gətirib: "Bildiyiniz kimi Azərbaycan Prezident İlham Əliyevin ölkəmizdə çimərlik turizminin inkişaf etdirilməsi ilə bağlı fərmanı var. Vaxtilə çimərlik turizminin inkişaf etdirilməsini ilə bağlı təklif eirəli sürəndə məni lağa qoydular. Ancaq indi görürsünüz, cənab Prezident bu sənədi qəbul edərək, bu sahənin inkişafı ilə bağlı taprşırıqlar verdi. Çimərlik turizminin inkişaf etdirilməsi ilə bağlı icra başçılarına bir sıra tapşırıqlar veriləcək, eyni zamanda təhlükəsizlik və digər məsələlər öz həllini tapacaq.

Azərbaycanın rayonlarında turizm qiymətləri ilə bağlı fikrini bildirən komitə sədri bildirib ki, bölgələrimizdə turizm qiymətləri o qədər də yüksək deyil: "Əgər haradasa qiymət yuxarı, xidmət aşağıdırsa,o zaman həminməkana ikinci dəfə gedilmir. Hər kəs yaxşı xidmət və aşağı qiymətə üstünlük verir. Bütün bunlar göstərir ki, turizm obyektlərinin qiymətləri də tədricən xidmətə görə tənzimlənəcək".

H. Rəcəbli əlavə edib ki, turizm obyektlərində xidmətin yüksək olması üçün orada fəaliyyət göstərənlərin peşəkar olması mütləqdir: "Bəzən turizim obyetlərində çalışanları küçədən tutub gətirirlər ki, onlar da bəzən geyimini, davranışını bilmir. Bu kimi problemlərin aradan qaldırılması üçün təcrübə və peşə məktəblərinə ehtiyac var".

Bütün xəbərlər Facebook səhifəmizdə