"Cari ilin iki ayında ölkəmizə gələn turistlərin sayı 12 faiz artıb" komitə sədri

"Cari ilin iki ayında ölkəmizə gələn turistlərin sayı 12 faiz artıb" komitə sədri

Cari ilin yanvar, fevral ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəmizə gələn turistlərin sayı 12 faiz artıb. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli komitənin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, ölkəmizə gələn turistlərin sayının artması Azərbaycan Prezidentinin sərəncamı ilə "Asan Viza" siteminin tətbiqi ilə bağlı olub.

Cari ilin mart ayında da ölkəmizə xeyli turistin gəldiyini deyən komitə sədri bildirib ki, lakin gömrük məntəqələrinin iş vaxtının 7 saat olması ilə bağlı müəyyən problemlər də oldu: "Amma bütün bunlara baxmayaraq, ölkəmizdə turizmin daha da inkişaf etməsi gözləniləndir. Ümumilikdə turizmin inkişafı ölkəmizdə hər zaman diqqətdə olan məsələdir".

Son dövr ərzində turizmin inkişafı ilə bağlı Azərbaycan prezidenti tərəfindən 7 sərəncamın imzalandığını deyən H. Rəcəbli Azərbaycanda turizmlə bağlı hələ də görüləcək işlərin çox olduğunu deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə