Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri aprelin 3-də Tərtər şəhərinin Elman Hüseynov küçəsində yerləşən "Kapital Bank"ın binasının zirzəmisinə Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng mərkəzi sisteminin məlumatına əsasən baxış keçiriblər. Aşkar edilmiş 120 ədəd 5.45 çaplı patron götürülüb.
ANAMA-nın məlumatında deyilir ki, yanvarın 1-dən aprelin 3-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Qazax, Yevlax, Lənkəran və Cəbrayıl rayonlarında, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 7 otlaq sahəsinə, 6 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 159 evə və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza və körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib. Cəmi 5123 partlamamış hərbi sursat, tank əleyhinə 74 mina və piyada əleyhinə 8 mina aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə 1 milyon 330 min 105 kvadratmetr ərazi (477 min 818 kvadratmetr əl ilə, 363 min kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr SENSYS dərinlik ölçən cihazı və 376 min 287 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB