Nəsimi Paşayev: "Sərnişinlərin narahat olmalarına hər hansı bir əsas yoxdur" MÜNASİBƏT
"Artıq "Bakı Metropoliteni"nində də ayıq-sayıqlığın artırılması üçün bütün polis orqanlarına göstəriş verilib". "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev SİA-ya bildirib ki, ümumiyyətlə "Bakı Metropoliteni"ndə polis tərəfindən təhlükəsizlik tədbirləri hər zaman yüksək səviyyədə qorunur.
Qurum rəsmisi əlavə edib ki, bu gün Piterdə baş verən məlum hadisədən sonra Bakı metrosundakı hüquq-mühafizə orqanlarının şəxsi heyyətinə ayıq-sayıqlığın artırılması üçün göstəriş verilib: "Sərnişinlərin narahat olmaları üçün hər hansı bir əsas yoxdur".
Xatırladaq ki, bir az əvvəl Sankt-Peterburq şəhərində metronun "Sennaya Ploşad" stansiyasında vaqonlardan birində baş vermiş partlayış nəticəsində 10 nəfər ölüb, 50-dən çox yaralı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB