Aprel qələbələrinin qazanıldığı tarix Azərbaycanda QƏHRƏMANLIQ GÜNÜ elan edilsin
Hörmətli ziyalılarımızdan birinin bir neçə ay öncə mənə "aprel qələbəsinin qazanıldığı tarixi hər il bayram kimi, təqvimin xüsusi günü kimi qeyd etməyə haqqımız çatır. Siz jurnalistlər bunu ictimailəşdirsəniz yaxşı olar" demişdi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar martın 31-də bir qrup hərbçimizlə keşirdiyi görüş zamanı çıxışını dinlərkən bir daha həmin ziyalımızın dediklərini xatırladım. Məlum olduğu kimi həmin çıxışında "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir" deyən cənab Prezident eyni zamanda bildirib ki, aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır.
Dövlət başçısınin da bəyan etdiyi kimi, biz bu döyüşlər zamanı və döyüşlərdən sonra xalqımızın qəhrəmanlığını gördük. Eyni zamanda aprel döyüşlərində hərbçilərimiz qəhrəmanlıq göstərdilər.
Beləliklə, bütün bunları əsas götürərək, aprel qələbələrinin qazanıldığı tarixin (1-4 aprel tarixlərindən birinin) Azərbaycanda QƏHRƏMANLIQ GÜNÜ elan edilməsini təklif edirəm. Və hörmətli millət vəkillərimiz Hikmət Babaoğlu, Əflatun Amaşov, Qənirə Paşayeva, Aydın Mirzəzadə, Sahib Aliyevdən bu təklifin parlamentdə səsləndirilməsinə dəstək vermələrini xahış edirəm.
Yəqin ki, jurnalist həmkarlarımız da bu məsələdə dəstəklərini əsirgəməyəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB