İstirahət üçün Avropanın ən ucuz şəhəri hansıdır?

Seyyah.az saytının Daily Mail nəşrinə istinadən verdiyi xəbərə görə, Kipr adasının cənub-qərbində yerləşən Pafos şəhəri Avropanın ən ucuz turistik istiqaməti elan edilib. Belə bir nəticəyə isə Britaniyanın Post Office şirkətinin ekspertləri gəlib. Araşdırma gedişində oteldə iki gecə gecələmə, aeroportdan şəhərin mərkəzinə qədər getmək üçün yol xərci, qidalanma və əyləncə üçün sərf edilən xərclər təhlil edilib.

Pafos, Kipr

Nəticədə məlum olub ki, Pafosda istirahət turistlərə təqribən 160 avroya başa gələcək. Reytinqin ikinci pilləsində Vilnüs (162 avro) qərarlaşıb. Üçüncü pilləni isə Riqa (173 avro) tamamlayıb. Həmçinin reytinqin onluğuna Varşava, Budapeşt, Krakov, Lissabon, Praqa, Afina və Palma-de-Mayorka (İspaniya) şəhərləri daxil olub. Bundan əlavə, mütəxəssislər Avropada turistlər üçün ən bahalı şəhər olaraq İslandiya paytaxtı Reykyaviki elan edib. Burada iki günlük istirahət turistlər üçün 637 avroya başa gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...