Gənclər üçün Təhsil Mərkəzi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların soyqırımı günü ərəfəsində faciə qurbanlarının xatirəsini yad etmək məqsədilə Quba Soyqırımı Memorial Kompleksində gənclərin iştirakı ilə anım yürüşü təşkil edilib.
Mərkəzdən SİA-ya verilən məlumata görə, Mərkəzin Quba regional ofisinin rəhbəri İnqilab Fərzəliyev bildirdirib ki, yürüşün keçirilməsində əsas məqsəd gənclərə vətənpərvərlik ruhunda maarifləndirmə işini təşkil etmək, bolşevik-erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı kütləvi qanlı aksiyalarının tarixi həqiqətlərini gənclər arasında təbliğ etməkdir.
Daha sonra kompleksin önündə təşkil olunan tədbirdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı ,1918-ci ildə xalqımızın başına gətirilən dəhşətlərlə bağlı ziyarətçilərə məlumat verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə