Ötən gün ölkədə küləyin sürəti 20-34 m/san təşkil edib

Ötən gün ölkədə küləyin sürəti 20-34 m/san təşkil edib

Martın 31-i gün ərzində hava şəraiti qeyri-sabit olub, güclü şimal-qərb küləyi əsib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan SİA-ya verilən xəbərə görə, ötən gün şimal-qərb küləyinin maksimal sürəti bəzi rayonlarda 20-34 m/san təşkil edib.

Bakıda və Abşeron yarımadası, Abşeron dəniz rayonunda isə şimal-qərb küləyinin sürəti arabir 20-25, bəzi yerlərdə arabir 30-35 m/san kimi güclənib.

Qeyd edək ki, Bakıda əvvəlki illərdə də belə güclü külək müşahidə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə