Güclü külək Bakıda fəsadlar törədib. Qaradağ rayonunda, Zığda və Qala qəsəbəsində bir evin damı uçub. Biləcəridə isə binanın dam örtüyünü bütöv halda həyətə uçurub. Hadisə nəticəsində həyətdə dayanmış avtomobillərə və eyvanlara ziyan dəyib. Evin damı uçub, həyətyanı sahədəki hasar aşıb.
Suraxanı rayonu Zığ qəsəbəsi Rövşən Göyüşov küçəsi 140 ünvanında yaşayan Ramil Rzayevə məxsus evin damı uçub. Ramil Rzayevin sözlərinə görə, külək evə 1500 manata yaxın ziyan vurub. Güclü külək qonşuluqdakı hasarı da uçurub. Hasar dəmir darvaza ilə birlikdə aşıb.
Digər hadisə Binəqədi rayonuda baş verib. Güclü külək Biləcəri qəsəbəsi Qabil Süleymanov 38 ünvanında yerləşən binanın dam örtüyünü bütöv halda həyətə uçurub. Hadisə nəticəsində həyətdə dayanmış avtomobillərə və eyvanlara ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan yoxdur.
Qala qəsəbəsi Zeytun savxozunda da bir fərdi evin damini külək uçurub.
Bu kadrlar isə paytaxtın Qaradağ rayonu Korgöz qəsəbəsindəndir. Külək Ramil Süleymanova məxsus həyət evinin damını uçurub. Nəticədə 1 nəfər xəsarət alıb.
Tbilisi porospekti ilə Şəfayət Mehdiyev küçələrinin kəsişməsində isə iri reklam lövhəsi hava axınının təsiri ilə yola aşıb. Xoşbəxtlikdən avtomobillərə və piyadalara ziyan dəyməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB