Türkiyədəki diaspor təşkilatının jurnalı işıq üzü görüb

Türkiyədəki diaspor təşkilatının jurnalı işıq üzü görüb

Türkiyədə fəaliyyət göstərən Eskişehir Azərbaycanlılar Dərnəyinin mətbu orqanı – "Üç çizgi" jurnalının ilk sayı çapdan çıxıb. Diasporla İş Üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, jurnalının təsisçisi Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın, redaktoru Rza Mammadov və mətbuat müdiri Aygün Öztürkdür.

"Üç çizgi" jurnalı Azərbaycan Respublikasının dövlət bayrağındakı Azərbaycan xalqının türk mənşəli olmasını, müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini və islam sivilizasiyasına mənsubluğunu ifadə edənüç üfüqi zolağın şərəfinə belə adlanır.

Jurnalda oxuculara Azərbaycan, Türkiyə, o cümlədən digər ölkələrdən təqdim olunan elmi məqalələr, reportajlar, tarixi-elmi araşdırmalar və qısa hekayələryer alacaq.

Jurnalda çap olunmaq istəyənlər öz yazıılarını [email protected] elektron poşt ünvanına göndərə bilərlər.

Jurnal Türkiyə türkcəsində 3 ayda 1 dəfə nəşr olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə