Böyük supermarketlərdə satılan meyvə-tərəvəzin qiymətləri bazarlarla müqayisədə olduqca bahadır. Paytaxtımızda fəaliyyət göstərən, müştəri cəlb etmək üçün reklama böyük məbləğdə vəsait xərcləyən iri supermarketlərdə satılan meyvə-tərəvəzlərin qiyməti bazarlarda, adi mağazalarda satılan meyvə-tərəvəzlərin qiymətlərindən dəfələrlə, 4-5 dəfə yüksəkdir. Təsadüfi deyil ki, böyük supermarketlərdə satılan meyvə-tərəvəzlər müştərilərin diqqətini cəlb etmir, sanki kənd təsərrüfatı məhsulları vitrin bəzəmək üçün satışa çıxarılıb. Böyük supermarketlərdə satılan meyvə-tərəvəzin qiymətlərini bazarlarla müqayisə etmək üçün kiçik bir araşdırma apardıq.
İlk olaraq yolumuzu Qara Qarayev metrosunun yaxınlığında yerləşən "Araz" marketdən saldıq. Heç də təəccüblənmədik. "Araz" marketlər şəbəkəsində satılan meyvə-tərəvəzin qiymətlərində bazarlarla müqayisədə kəskin fərqin şahidi olduq. Məsələn, burada 3 manat 99 qəpiyə satılan pomidorun 8 mikrorayon bazarında 2 manata satışa çıxarılıb. Nə az, nə çox, bazarlarla müqayisədə düz 4 dəfə baha satılan bu pomidorlar müştərilərin üzünə həsrətlə baxır. Bazarlarda kiloqramı 2 manat 50 qəpiyə satılan sarımsaq bu marketdə 7 manat 35 qəpiyə, 3 manata satılan badımcan 6 manat 55 qəpiyə satışa çıxarılıb. Həmçinin "Araz"da satılan məhsul üzərində yazılan qiymətlə deyil, daha yüksək qiymətlə kassa aparatına vurulur.
Reportajın ardını videodan izləyin:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB