Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri Rufiz Qonaqov və Mərkəzin rəhbər heyəti bu gün Türkiyənin Azərbaycandakı səfirliyində cənab səfir Erkan Özoralı ilə görüşüblər. BMAM mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə bir çox məsələlər ətrafında müzakirələr aparılıb.
BMAM sədri Rufiz Qonaqov öncə görüş üçün cənab səfir Erkan Özoralıya təşəkkürünü bildirib. İki ölkə arasındakı münasibətlərə toxunan Rufiz Qonaqov qeyd edib ki, Azərbaycanın vətəndaş cəmiyyətinin institutları daim Türkiyədəki ictimai-siyasi proseslərə həssas yanaşıb, qardaş ölkənin kədər və sevincinə şərik olublar.
"Kənar müdaxilə və təzyiqlərə baxmayaraq Türkiyə və Azərbaycan dövlətləri prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da gücləniblər. Hər iki ölkənin rəhbərliyi bütün sahələrdə, o cümlədən, beynəlxalq arenada bir-birini tam dəstəkləyir. Hesab edirəm ki, Türkiyə və Azərbaycan qarşıdakı illərdə daha da güclənəcəklər. Aprelin 16-da Türkiyədə keçiriləcək referendum qardaş ölkənin dünyadakı mövqeyini, gücünü daha da artıracaq", deyə Rufiz Qonaqov bildirib.
Rufiz Qonaqov onu da qeyd edib ki, iki ölkənin vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın gücləndirilməsinə ehtiyac var: "Azərbaycanın vətəndaş cəmiyyəti daim Türkiyə dövlətinin yanında olub, bundan sonra da bu davam edəcək".
Türkiyənin Azərbaycandakı səfiri cənab Erkan Özoralı görüşdən məmnunluğunu ifadə edərək bildirib ki, Türkiyə dövləti hər zaman Azərbaycanın yanında olub: "Bir çox sahələrdə Türkiyə və Azərbaycan arasında əməkdaşlıq yüksək səviyyədə davam etdirilir. Sizinlə görüşməkdən çox şadam. Təkliflərinizi müzakirə etməyə hazırıq".
Cənab səfir Azərbaycan xalqına hər cür dəstəyə görə öz təşəkkürünü bildirib.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB