Qanunsuz sərnişin daşıyanlara qarşı reydlərə başlanılıb

Qanunsuz sərnişin daşıyanlara qarşı reydlərə başlanılıb

Şəmkirdə qanunsuz sərnişindaşıma ilə məşğul olan şəxslərə qarşı reydlərə başlanıldı. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, reydlər zamanı əsasən kiçik və orta tutumlu nəqliyyat vasitələri idarə edən şəxslərin sürücülük vəsiqələrinin olmadığı aşkarlanıb. Yoxlamalar zamanı təxminən 10-dan artıq sürücüyə inzibati protokol yazılıb, bəzi nəqliyyat vasitələri isə cərimə meydançasına aparılıb.

Qeyd edək ki, reydlərin mütəmadi şəkildə keçiriləcəyi bildirilib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə