Bu gün AMEA-nın Mərkəzi Elmi Kitabxanasında "İslam həmrəyliyi, mədəni müxtəliflik və milli identiklik" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbir AMEA-nın Fəlsəfə İnstitutu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Fransanın Sofia-Antipolis Universitetinin Hüquq və Siyasi Elmlər fakültəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Azərbaycanda akkreditə olunmuş ABŞ, Fransa, Mərakeş, Misir, Pakistan, Qazaxıstan və digər ölkələrin mədəniyyət mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi konfransı giriş sözü ilə Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə açıb. Alim 2017-ci ilin ölkə Prezidenti İlham Əliyev tərəfindən "İslam Həmrəyliyi İli" elan olunduğunu söyləyərək, onun regional və qlobal dünyəvi əhəmiyyətindən danışıb.
Tədbirdə fransalı alimlər - professor Kristian Vallar "İslam və Respublika", professor Ksavye Latur "Fransız olmaq", professor Poline Türk "Dil identiklik: Fransada və Azərbaycanda azlıqların statusu" və professor Klodin Terrazzoni-Biblok "Respublika və İslamın bölünməzliyi" mövzusunda məruzələrlə çıxış etdilər. Alimlər müasir dövrdə İslam həmrəyliyinin əhəmiyyətini və böyük maraq doğurduğunu qeyd etdiblər.
Konfransda Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini Eynulla Mədətli, professor Zümrüd Quluzadə, fəlsəfə üzrə elmlər doktoru Füzuli Qurbanov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev çıxış edərək, İslam həmrəyliyi təcrübəsində milli dəyərlərin yeri və əhəmiyyətindən, eləcə də İslam həmrəyliyinin mənəvi əsaslarından danışıb.
ZÜMRÜD
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB