DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə aprelin 7-də Siyəzən şəhərində vətəndaşlarla görüş keçirəcək. DİM-dən SİA-ya verilən xəbərə görə, Siyəzən şəhərində keçiriləcək qəbulda Quba, Qusar, Şabran, Siyəzən, Xaçmaz rayon sakinləri iştirak edə bilərlər. Qəbul aprel ayının 7-də saat 11:00-da Siyəzən şəhər Heydər Əliyev Mərkəzində (Ünvan: Siyəzən şəhəri, Heydər Əliyev küç. 90) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya Dövlət İmtahan Mərkəzinin Xaçmaz regional bölməsinə şəxsiyyət vəsiqəsilə birlikdə (ünvan: Xaçmaz ş., M.Ə.Rəsulzadə küç. 7b, telefon: 023 325 01 21 ) müraciət etmələri xahiş olunur.
Qəbula yazılmaq istəyən vətəndaşlar Quba, Qusar, Şabran, Siyəzən rayon təhsil şöbələrinə də müraciət edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB