Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunda bu müəssisənin baş elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Vəlizadənin rus dilində çapdan çıxmış "Metsamor AES: region üçün ekoloji bomba" kitabının təqdimat mərasimi keçirilib.
İnstitutun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva Ermənistanda 1967-ci ildən fəaliyyətə başlayan və böyük region üçün təhlükə mənbəyinə çevrilən Metsamor AES-in bütövlükdə bəşəriyyət üçün qlobal problem olduğunu vurğulayıb.
Müəllif R.Vəlizadə Ermənistanın bu vaxtadək bağlı qalan "nüvə proqramı", Azərbaycana qarşı yürütdüyü düşmənçilik siyasəti, eləcə də Beynəlxalq Terror Təşkilatı ilə AES-in müştərək əlaqələri barədə məlumat verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB