Psixoloq: “İnsanların həyatını təhlükəyə atan avtoxuliqanlarda psixoloji problemlər ola bilər” AÇIQLAMA
"Avtoxuliqanlığı məşğuliyyət halına gətirərək insanların həyatını təhlükəyə atmaqdan zövq alan məsuliyyətsiz sürücülərdə müəyyən psixoloji problemlər ola bilər". Bunu SİA-ya açıqlamasında psixoloq Gülnarə Muxtarova deyib.
O qeyd edib ki, hər an ölümlə nəticələnə bilən avtoxuliqanlıq etmək aqressiya və sadizmin əlamətləri ola bilər: "Hər bir insanın maraq dairəsi ola bilər. Ancaq bu maraq heç kimin həyatına təhlükə törətməməlidir. Avtomobil idmanı təhlükəsizlik şəraitinin tam təmin olunduğu, heç kimin
həyatına zərər verməyəcək yerlərdə ola bilər. İnsanların və özlərinin həyatlarını hər an təhlükədə qoyaraq ölümlə oynamaq isə, ya həmin avtoxuliqanın müəyyən zərərli vərdişlərin təsirində olmasından, ya da sadizmin əlamətlərindən xəbər verir. Sadizmdən əziyyət çəkənlər ətrafdakılara zərər, əzab veməkdən zövq alan insanlardır. Avtoxuliqanlıqla məşğul olanlarda həyatdan zövq almamaq, özlərini həyatda təsdiq edə bilməmək, bu yollara diqqət çəkərək özlərini sübut etmək və s. psixoloji faktorlar da ola bilər".
Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB