Baş İdarə rəisi: “31 Mart soyqırımına dünyada lazımi qiymət verilməyib” AÇIQLAMA
"1918- ci ilin mart ayında erməni nasistləri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırıma dünya hələ də lazımi hüquqi qiymətini verməyib. Azərbaycan isə bu istiqamətdə ciddi addımlar atmaqda davam edir". Bunu SİA-ya açıqlamasında Bakı şəhər Gənclər İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov deyib.
O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur: " Bu sərəncamdan sonra ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımında həlak olanlar hər il geniş şəkildə yad edilir. Qubada kütləvi insan məzarlığının tapılması bu soyqırımı faktını bir daha sübut edir. Hər il martın 31-də insanlar həmin məzarlığa kütləvi şəkildə axın edirlər".
R.Abbasovun sözlərinə görə, dünyanın 1918-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırımı faktına hüquqi qiymət verməməsi xalqımızın Xocalı soyqırımına məruz qalmasına səbəb olub: "Dünya ölkələri, beynəlxalq institutlar azərbaycanlılara qarşı törədilən soyqırımına hüquqi qiymət verməlidirlər ki, bəşəriyyət bir daha ermənilər tərəfindən törədilən belə faciələrlə rastlaşmasın. Azərbaycanlılara qarşı soyqırımı faktının tanıdılması, cinayətkarların cəzalandırılması istiqamətində ölkəmizdə ciddi addımlar atılır. BŞGİBİ də hər il ənənəvi olaraq Qubadakı kütləvi məzarlığa gənclərin ziyarətini təşkil edir və silsilə tədbirlər həyata keçirir. Bu il həm də Qusarda dəfn olunmuş milli qəhramanımız Çingiz Qurbanovun məzarı da gənclər tərəfindən ziyarət ediləcək".
Baş idarə rəisi əlavə edib ki, azərbaycanlılara qarşı törədilən soyqırımı ilə bağlı ölkəmizdə toplular çap olunur və diplomatik işlər aparılır: "Dünya siyəsətçiləri, nüfuzlu şəxslər, müxtəlif ölkələrin parlamentləri, beynəlxalq institutlara məlumatlar verilir, faktlar irəli sürülür. Tarixçilərimizin hazırladığı məshsullar müxtəlif dillərə tərcümə edilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB