Yazda intihar hallarını artıran səbəblər MÜTƏXƏSSİS RƏYİ

Yazda intihar hallarını artıran səbəblər MÜTƏXƏSSİS RƏYİ

1800-cü ilədək uzanan araşdırmaların nəticələrinə görə qış fəslində intiharların sayı azalır, yazda isə artır. Mövzu ilə bağlı araşdırmaları ilə seçilən İsveçdəki Uppsala Universitetinin psixiatriya professoru Fotis Papadopoulos deyir ki, yaz aylarında intiharların sayı qışa nəzərən 20-60 faiz artıq olur. Bəs təbiətin oyandığı, əhvalımızın yüksəldiyi fəsildə intihara məcbur edən səbəblər nədir?

Məsələ ilə bağlı SİA-ya açıqlama verən Ümumrusiya Peşəkar Psixoterapevtlər Liqasının üzvü, psixoloq Elnarə Eminova bildirib ki, yaz aylarında intihar hallarının artrması bu fəsildə insandakı serotonin hormonunun artması ilə bağlıdır: "Yaz aylarında mövcud olan günəş şüaları insanda serotonin hormonunun miqdarını artırır ki, bu da nəticə etibarı ilə müəyyən qərarların verilməsinə öz təsirini göstərir. Serotonin hormonunun miqdarının artması insanda adaptatik fazaya təsir edir ki, insanlarda gərginlik, stress zamanı intihara cəhd etməsinə gətirib çıxarır. Ümumiyyətlə insanı iki enerji- libido və martido idarə edir. Libido enerjisi insanlarda daha çox yaradılcılıq və həyat eşqini yüksəldirsə, martido insanda aqressiyanı, gərginliyi qaldırır. Belə olan halda, insanlar intihara əl atır".

Psixoloqun sözlərinə görə, yaz fəslində insanları hormonlar idarə edir: "Yazda qan qaynayır, serotonin hormonunun qalxması bir- iki həftə insanı idarə edir. İntihar halları daha çox 40 yaşından artıq insanlarda, eləcə də yeniyetmələrdə özünu göstərməkdədir. Azyaşlı uşaqlarda isə belə hal valideynlərin diqqətsizliyi nəticəsində baş verir. Bu yaşlarda uşaqlar özlərini sübut etmək məqsədilə şantaj xarakterli addım atmağa meylli olurlar".

E. Eminova qeyd edib ki, serotonin hormonu qəbul edilən qida və içkilər nəticəsində artır: "Yaz aylarında insanlar daha çox şirniyyatlara meylli olur ki, bu da sözügedən hormonu artırır. Serotonin hormonunun yüksək olmasının qarşısını almaq üçün xüsusi dərmanlar var. Lakin bu dərmanlar yalnız psixoloqun göstərişi ilə qəbul edilə bilər. Çünki, onlar dozaya, yaşa və digər amillərə görə yazılır. Psixoloqun nəzarətində olmayan şəxslər dərmanı özbaşına qəbul etsə, ağır fəsadlarla rastlaşa bilər".

"Ümumiyyətlə, intihar birdən-birə baş vermir. Əgər bir şəxsin dilindən özümü öldürəcəm, məni itərcəksən kimi kəlmələr çıxırsa, demək qarşı tərəf həmin şəxsin nəsə edə biləcəyinə hazır olmalıdır. Əgər bunu səsləndirən uşaqdırsa, o zaman onun valideyni psixoloqa müraciət etməli, mütəxəssislə məsləhətləşməli, övladını onların yanına aparmalı, əgər dolğun insandırsa, o zaman həmin şəxs nəzarətdə saxlanmalı, diqqət və sevgi ilə əhatə olunmalıdır. Ən əsas da bir şəxs itihara cəhd edibsə və acı nəticəsi olmayıbsa, həmin şəxs 3 il müddətində daha çox diqqətdə saxlanılmalıdır"- deyə, mütəxəssis əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə