BNA rəsmisi: “Bir çox digər yollarda da xüsusi hərəkət zolaqları çəkiləcək” AÇIQLAMA
"Bakıda yeni çəkilən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları sərnişin avtobuslarının rahat şəkildə hərəkətini təmin edir". Bunu SİA-ya açıqlamasında Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
O qeyd edib ki, yeni çəkilən hərəkət zolaqları ilə bağlı ilk günlər problemlər olsa da, bunun aradan qaldırılması üçün addımlar atılır: "İlk günlər digər
sürücülər tərəfindən xüsusi hərəkət zolaqlarını bildirən 5.9 nişanının tələblərinin pozulması halları olur. Lakin yerlərdə Dövlət Yol Polisi əməkdaşları bununla bağlı iş aparırlar. Bakı Nəqliyyat Agentliyi də sürücülər arasında maarifləndirmə tədbirləri həyata keçirir".
Şöbə müdiri vurğulayıb ki, paytaxtın bir çox küçə və prospektlərində də belə hərəkət zolaqları çəkiləcək: "Üç və daha artıq hərəkət zolağı olan bir çox digər yollarda da umumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları çəkiləcək. Bununla bağlı təhlillər aparılır".
Qeyd edək ki, sözügedən hərəkət zolaqlarında həmin yolda xidmət edən sərnişin avtobuslarından və yalnız operativ nəqliyyat vasitələrindən başqa digər nəqliyyat vasitələrinin hərəkəti qadağandır. Qaydanı pozan sürücülər isə 40 manat cərimə olunacaqlar.
Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB