Millət vəkili: “Gender məsələlərinin həlli beynəlxalq əməkdaşlıqdan asılıdır”
"Dünyada gender problemlərinin aradan qaldırılmasında milli hökumətlərin üzərinə böyük vəzifələr düşür. Bu məsələlərin həlli ilk növbədə beynəlxalq miqyasda birgə əməkdaşlıqdan asılıdır. Müasir dövrdə qadınların ictimai həyata daha çox inteqrasiya olunduğu bir zamanda onlara daha geniş hüquqların verilməsi, bütün sahələrdə təmsilçiliklərinin artırılması, fəaliyyət sferalarının təhsil, səhiyyə kimi ənənəvi istiqamətlərdən daha da genişləndirilməsi, iqtisadi, sosial sferalarda qadınların potensialından səmərəli faydalanması kimi tədbirlər bu gün daha böyük nailiyyətlərin əldə olunmasına şərait yarada bilər". SİA-nın məlumatına görə, bunu Avropa Parlamentinin Vətəndaş azadlıqları, ədliyyə və daxili işlər komitəsinin Qadın hüquqları və gender bərabərliyi komitəsi ilə birgə təşkil etdiyi "Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında Avropa Şurasının İstanbul Konvensiyasına Avropa İttifaqının qoşulması" mövzusunda dinləmələrdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, təşkilatın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri, qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi və "Zorakılıqdan azad qadınlar" parlament şəbəkəsinin siyasi əlaqələndiricisi Sahibə Qafarova deyib.
Tədbirdə əsas məruzəçilər siyahısında çıxış edən S.Qafarova Avropa Şurasının 47 üzv ölkəsinin nümayəndələrini birləşdirən parlament şəbəkəsinin fəaliyyəti haqqında məlumat verib. O, qurumun Parlamentlərarası İttifaq və BMT-nin Qadınlar Təşkilatı ilə əlaqələrinin genişləndiyini vurğulayıb.
Avropa Parlamentinin Avropa İttifaqını İstanbul Konvensiyasına qoşulmağa çağıran müvafiq qətnaməsini xatırladan S.Qafarova Avropa Komissiyasının 2017-ci ilin qadınlara qarşı zorakılıqla mübarizəyə həsr edilməsi haqqında qərarını alqışlayıb. Bildirib ki, 2014-cü ildə qüvvəyə minmiş İstanbul Konvensiyası qadınlara qarşı zorakılığı insan hüquqlarının pozulması və diskriminasiya kimi göstərib. O, bu istiqamətdə aparılan mübarizədə parlamentarilərin və vətəndaş cəmiyyətinin rolunu diqqətə çatdırıb.
S.Qafarova Avropa Parlamentinin üzvlərini qadınlara qarşı zorakılıqla mübarizəni milli səviyyələrdə aparmağa çağırıb.
Sonda qaldırılmış məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB