Gənc fəalımız Azərbaycanı beynəlxalq layihədə təmsil edir FOTOLAR

Gənc fəalımız Azərbaycanı beynəlxalq layihədə təmsil edir FOTOLAR

"İRƏLİ" İctimai Birliyinin gənc fəalı Cavanşir Bayramov Azərbaycanı beynəlxalq layihədə təmsil edir. SİA-nın verdiyi məlumata görə, "İRƏLİ" İctimai Birliyinin üzvü ölkəmiz, mədəniyyətimiz və Azərbaycanı maraqlandıran məsələləri gündəmə gətirir. Bura musiqimiz, son illərdə ölkəmizdə baş tutan böyük tədbirlər, Qarabağ həqiqətləri də daxildir.

"Variety is the spice of life – try walking in my shoes" adlı layihə Avropa Gənclər Fondunun dəstəyi Youth for Exchange and Understanding Internationalın təşkilatçılığı ilə həyata keçirilir. Məqsədi hamı üçün bərabər hüquqlar təmin edən açıq fikirli və tolerant cəmiyyət yetişdirməkdir. Layihənin bir il ərzində həyata keçirilməsi nəzərdə tutulur. Belə ki, layihə nəticəsində gənclərlə işləyən şəxslərin və birbaşa gənclərin mədəniyyətlərarası dialoqda və gender müxtəlifliyi kimi mövzularda məlumatlandırılaacaq və yeni fikirli cəmiyyətin formalaşmasına dəstək olunacaq.

Tədbir üç mərhələdən İbarətdir. Bu mərhələlərə daxildir: traininglər, təşkilatlar haqqında tədbirlər və YEU Convention.

Layihənin ilk fəaliyyəti olaraq 5-13 Mart tarixində bir qrup gənc İsveçin Stokholm şəhərində toplanıb. İştirakçılar mədəniyyət və gender normalanın insan həyatındakı rolunu araşdırıb. Araşdırmalar növbəti fəaliyyətlər mədəniyyətlərarası dialoqun gender perspektivində baş tuta bilməsi üçün bünövrə xarakteri daşıyıb.

Növbəti fəaliyyətlərin Yunanıstan, Makedoniya, Albaniya, Avstriya və bir sıra digər ölkələrdə keçirilməsi planlaşdırlır.

Bütün xəbərlər Facebook səhifəmizdə