"Azərbaycanda Respublikasında əsasən də bölgələrdə hava şəraitinin qısa müddətdə qeyri-sabit keçəcəyi gözlənilir". Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova məlumat verib.
O bildirib ki, paytaxt ərazisində hava şəraitində böyük dəyişkənlik gözlənilmir: "Yalnız bir gün, yəni martın 28-də Azərbaycanın bölgələrində arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı gölzənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək Havanın temperaturunda enmə müşahidə olunmayacaq. Martın 29-dan hava şəraiti yenidən yağmursuz şəkildə davam edəcək".
Onun sözlərinə görə, martın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir: "Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-6, gündüz 10-14, Bakıda gecə 4-6, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 757 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90 gündüz 60-70 faiz təşkil edəcək. Bölgələrdə bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 12-17, bəzi yerlərdə 21 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB