Kəngərli məktəblisi: Tur-aksiya çərçivəsində biliklərimizi artırırıq

Kəngərli məktəblisi: Tur-aksiya çərçivəsində biliklərimizi artırırıq

"Ölkəmizi tanıyaq" tur-aksiyasında iştirak etdiyim üçün çox sevinirəm və bu layihənin həyata keçirilməsinə görə cənab Prezidentimiz İlham Əliyevə çox minnətdaram. Bu layihə çərçivəsində biz həm səyahət edir, həm də biliklərimizi artırırıq. Bu sözləri AZƏRTAC-a müsahibəsində Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonundan olan məktəbli Aynur İbrahimova bildirib.

A.İbrahimova qeyd edib ki, bu layihə ölkəmizin tarixi abidələri ilə yaxından tanış olmağa hərtərəfli imkan yaradıb. O deyib: "Hazırda Bakı Olimpiya Stadionundayıq. Burada biz şagirdlər üçün bayram şənliyi təşkil olunub. Bu səfər məndə zəngin təəssüratlar doğurdu. Mən burada gördüklərim barədə məktəbli dostlarıma da geniş məlumat verəcəyəm".

Bütün xəbərlər Facebook səhifəmizdə