ANAMA: Lənkəranda 2 min 500 kvadratmetr ərazi yoxlanılıb

ANAMA: Lənkəranda 2 min 500 kvadratmetr ərazi yoxlanılıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları tərəfindən martın 23-də Lənkəran rayonu Qurumba kəndi – su hövzəsinə baxış keçirilib. ANAMA-nın yaydığı məlumatda deyilir ki, baxış zamanı 1 ədəd təlim məqsədli tank əleyhinə RPQ-22 silahı PQ-22 raketi ilə birlikdə aşkar edilib və nəticə etibarilə 2 min 500 kvadratmetr ərazi yoxlanılıb.

FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatına görə, agentlik tərəfindən 2017-ci il yanvarın 1-dən martın 23-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Qazax, Lənkəran və Cəbrayıl rayonlarında, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 7 otlaq sahəsinə, 6 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 158 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza və körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 5 000 ədəd partlamamış hərbi sursat, 73 ədəd tank əleyhinə mina və 8 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib. Həmin müddətdə ümumilikdə 1 milyon 254 min 209 kvadratmetr ərazi (472 min 670 kvadratmetr əl ilə, 341 min 200 kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr SENSYS dərinlik ölçən cihazı və 327 min 339 kvadratmetr minaaxtaran itlərin köməyi ilə) yoxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə