Leysan 15 nəfərin həyatına son qoydu

Leysan 15 nəfərin həyatına son qoydu

Ekvadorda aramsız yağan leysan yağışları 15 nəfərin ölümünə səbəb olub. Ria Novosti agentliyi bildirir ki, bu barədə Ekvador Prezidenti Rafael Korrea məlumat verib. O bildirib ki, güclü yağışlar nəticəsində 6 min ailəyə ziyan dəyib, 123 ev dağılıb. Təbii fəlakətin təsirinə ən çox Manabi, Quayas, Napo, El-Oro və Los-Rios bölgələri məruz qalıb.

Qeyd edək ki, qonşu Peruda leysan yağışları nəticəsində ölənlərin sayı 72-yə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə