Türkiyənin Çanaqqala şəhərində 1915-ci il şəhidlərinin anma və Çanaqqala dəniz döyüşlərində qələbənin 102-ci ildönümü münasibətilə rəsmi mərasim keçirilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar və digər rəsmi şəxslərin də qatıldığı bayram mərasimi müxtəlif tədbirlərlə davam edib.
Mərasimdə şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub, Şəhidlər Xiyabanına tər çiçəklər düzülüb və qəhrəman türk övladlarının əziz xatirəsinə ucaldılmış abidə önünə əklillər qoyulub.
Türkiyə Ordusunun "Şahin"ləri Çanaqqala səmasında möhtəşəm aviaşou nümayiş etdiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB