Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri hərbi dənizçilərlə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri hərbi dənizçilərlə görüşüb

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanan 2017-ci il üçün birgə tədbirlər planına əsasən, Hərbi Dəniz Qüvvələrində (HDQ) görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, tədbirdə HDQ-nin şəxsi heyətlə iş üzrə müavini, 1-ci dərəcəli kapitan Natiq Bağırov və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin şöbə müdiri Əliheydər Zülfüqarov milli-mənəvi, mədəni dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi, radikal dini cərəyanlar və ekstremizmlə mübarizə mövzularında çıxış ediblər. Sonda belə tədbirlərin dini radikalizmə qarşı mübarizə istiqamətində müsbət təsir göstərəcəyinə əminlik ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə