Bakı Dəmiryolu Vağzalı haqqında rolik və fotoların çəkilişi başlayıb FOTOLAR

Bakı Dəmiryolu Vağzalı haqqında rolik və fotoların çəkilişi başlayıb FOTOLAR

Ülviyyə xanım və "Nargis magazine" jurnalının kollektivi Bakı Dəmiryolu Vağzalı haqqında informasiya xarakterli rolik və fotoların çəkilişinə başlayıb. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova faktı təsdiqləyib.

Şöbə rəisi qeyd edib ki, videorolikin çəkilişi öz axarı ilə gedir və yaxın günlərdə həmin materialdan jurnalın oxucuları, ölkə vətəndaşları, xüsusən də ölkəmizə gələn çoxminli turistlər Bakı və onun giriş qapısı sayılan dəmiryolu haqqında faydalı informasiya əldə etmək imkanı qazanacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə