Statistika Komitəsinin nümayəndələri Brüsseldə

Dövlət Statistika Komitəsinin nümayəndələri Brüsseldə keçirilən beynəlxalq elmi konfransda
Statistika Komitəsinin nümayəndələri Brüsseldə

13-17 mart tarixlərində Belçikanın paytaxtı Brüssel şəhərində 2017-ci il statistikası üçün yeni texnika və texnologiyalara (NTTS 2017) dair beynəlxalq elmi konfrans keçirilir. Dövlət Statistika Komitəsinin Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin direktoru Xəqani Məmmədov və aparatın Beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini Fərhad Əliyev iştirak edirlər.

Konfransın keçirilməsində əsas məqsəd rəsmi statistikada davamlı tədqiqat və innovativ layihələrdən əldə olunmuş nəticələrin təqdimatının təmin olunması, tədqiqatçılar arasında əməkdaşlıq və fikir mübadiləsinin dəstəklənməsinə dair yeni innovativ layihələrin hazırlanmasının asanlaşdırılması və stimullaşdırılması, tədqiqat və inkişaf üzrə Avropa Çərçivə Proqramı (Horizon 2020) daxilində statistikada tədqiqat ilə əlaqədar fəaliyyətlərin hazırlanmasıdır.

Tədbirə 50-dən çox ölkədən, Avropa Komissiyasından və bir çox tədqiqat institutlarından 600-dən çox nümayəndə qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə