Martın 16-da Lənkəran rayonunu təmsil edən 9,10,11-ci siniflərdə təhsil alan 40 nəfər şagird "Ölkəmizi tanıyaq" tur aksiyası çərçivəsində ölkənin şimal bölgəsinin Quba,Qusar və Xaçmaz rayonlarına səfərə gediblər. Səfər zamanı tur iştirakçıları olduqları rayonların tarixi,mədəniyyəti,təsərrüfat həyatı və təbii-coğrafi mövqeyi ilə tanış olacaq, tarixi yerlərə, abidələrə baxış keçirəcək, həmyaşıdları ilə görüşəcəklər. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyilə regionların sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və qazanılmış nailiyyətlər barədə məlumatlar əldə edəcəklər.
Sərraf Mirsəfəroğlu


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB