Azərbaycan Dillər Universitetinin (ADU) Fransanın Strasburq Universiteti ilə əməkdaşlığı çərçivəsində 13 mart tarixindən etibarən Strasburq Universitetinin dosenti Selin Benənjent tərəfindən Fransız dilinin leksikologiyası fənni üzrə xüsusi kurs keçirilir. ADU-dan SİA-ya verilən məlumata görə, Fransız dili kafedrasının professor-müəllim heyəti üçün nəzərdə tutulan kursdan əlavə dosent II kurs tələbələrinə də Nitq praktikası fənnini tədris edir.
Kursun Erasmus+ müəllimlərin təcrübə mübadiləsi proqramı çərçivəsində 17 mart tarixinə kimi keçirilməsi nəzərdə tutulub. Kursun sonunda müəllimlərə müvafiq ixtisasartırma üzrə sertifikatlar təqdim olunacaq.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB