Milli bayramlarımız insanlarda xoşbəxtlik hormonunu artırır AÇIQLAMA
"Bayramların qeyd olunması insanlarda ünsiyyəti, birliyi və konform prosesini artırır. Milli adət-ənənələri və milli dəyərləri özündə birləşdirən bayramlar hər kəsi bir araya toplamaq üçün gözəl bir vasitədir". Bunu SİA-ya açıqlamasında Ümumrusiya Peşəkar Psixoterapevtler Liqasının üzvü, psixoloq Elnarə Eminova deyib.
O qeyd edib ki, milli bayramlarımızın geniş şəkildə qeyd olunması insanlarda yüksək əhval-ruhiyyə yaradır ki, bu da gərginlik, stressdən uzaq olmaq üçün önəmlidir: "İndividual həyat tərzində istər-istəməz stress, gərginlik, zaman-zaman aqresivlik olur. Bu səbəbdən insanlarla yaxınları arasında kin-küdurət olur, müəyyən narazıçılıqlar baş verir. Milli bayramların qeyd olunması bu kimi problemləri aradan qaldırır. Ailələr bir araya toplanır, bayramı qeyd edir. Milli bayramlar zamanı yaşlı insanlar gənc dövrlərinə regresiya edirlər. O anlar onlar üçün xatırlama olur və xoş emosiyalar yaşayırlar. Milli bayramlarımızda müxtəlif növlü şirniyyatlar, yüksk əhval-ruhiyyə insanlarda xoşbəxtlik hormonunu artırır, bir müddət gözəl emosiya yaşadır. İnsanların ətrafdakılara münasibətləri dəyişir. Milli bayramlarımız xüsusən gənclərdə etik davranışı, söykökə bağlılığı, kütlə psixologiyasını formalaşdırır . İnsanların yaxınları ilə ünsiyyət qurması, deyib-gülməsi, bu günlərdə doyunca əylənmələri və istirahət etmələri yığılıb qalan neqativ enerjidən uzaq olmağa birbaşa yardımçı olur. Hər kəs gərginlikdən bir müddətlik uzaqlaşır".
Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə