Binəqədi-Mehdiabad yolunda hərəkət məhdudlaşdırılır

Binəqədi-Mehdiabad yolunda hərəkət məhdudlaşdırılır

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Binəqədi-Mehdiabad avtomobil yolunda 17 mart 2017-ci il tarixindən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

"Azəravtoyol" ASC-dən SİA-ya verilən məlumata görə, məhdudlaşdırma səhər saatlarından tətbiq ediləcək və bir-neçə gün davam edəcək. Sürücülər alternativ olaraq Binəqədi-Novxanı və Binəqədi-Balaxanı avtomobil yollarından istifadə edə bilərlər.

Sürücülərdən aparılacaq işlərə anlayışla yanaşmaları xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə