Çin Xalq Dostluq Cəmiyyəti Azərbaycan Xalça Muzeyində FOTO

Çin Xalq Dostluq Cəmiyyəti Azərbaycan Xalça Muzeyində FOTO

Xarici Ölkələrlə Çin Xalq Dostluq Cəmiyyətinin sədr müavini Sun Cinvunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Xalça Muzeyinin qonağı olublar. SİA-ya verilən məlumata görə, cənab Sun Cinvu Azərbaycan xalçası və digər dekorativ-tətbiqi sənət nümunələrinin sərgiləndiyi ekspozisiya və zərgərlik fondu ilə tanış olub.

Sonda muzeyin yeni nəşri olan, "Azərbaycan Xalça Muzeyinin kolleksiyasından: Lətif Kərimovun müəllif əsərləri" kitabı qonağa hədiyyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə