Metrodakı tüstülənmənin SƏBƏBLƏRİ

Metrodakı tüstülənmənin SƏBƏBLƏRİ

Bakı metropolitenində tuneldə baş verən tüsrülənmənin səbəbləri açıqlanıb. Bu barədə SİA-ya açıqlama verən "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, hadisəyə "28 may" və "Gənclik" metro stansiyaları arasındakı keçiddəki naqillərin qısaqapanması səbəb olub: "Qatarlarda havalandırma olduğu üçün həmin tüstü həm " 28 May" həm də "Gənclik" stansiyalarındakı tunellərdə hiss olunub".

Şöbə rəisi qeyd edib ki, tüstülənmə nəticəsində özünü pis edən insanlar üçün hər iki stansiyaya təcili yardım xidmətləri cəlb olunub: "Onlar arasında ciddi zəhərlənmə halı baş verməyib. Hazırda qatarların hərəkətində heç bir problem yoxdur. Sərnişinlərin stansiyalara daxil olması təmin edilib".

Bütün xəbərlər Facebook səhifəmizdə