Naxçıvanda bəbirlərin yaşayış arealı öyrəniləcək

Naxçıvanda bəbirlərin yaşayış arealı öyrəniləcək

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun əməkdaşları elmi ekspedisiyalara başlayıblar. Ekspedisiyaların məqsədi muxtar respublikanın bitki və heyvanlar aləminə aid materialların, faydalı bitkilərin əhatəli öyrənilməsindən ibarətdir. Belə ki, institutun əməkdaşları artıq yaz ekspedisiyalarına çıxırlar. İnstitutun direktoru, akademik Tariyel Talıbov deyib ki, Şərurda, Şahbuzda, Ordubadda və muxtar respublikanın bəzi dağlıq ərazilərində digər heyvanlarla yanaşı, bəbirlər də yaşayırlar. Ümumdünya mühafizə fondundan alınan fototələlər vasitəsilə onların şəkilləri, videoları çəkilir. Həmçinin muxtar respublikada 2001-ci ildən ovçuluğun qadağan olunması bu heyvanların ərazilərimizdə intensiv həyat sürməsinə gətirib çıxarıb. Bu il aparılan tədqiqatlarda bəbirlərin yaşayış arealı və həyat tərzi öyrəniləcək.

Akademik qeyd edib ki, muxtar respublikanın ərazisində geniş yayılan zəhərli ilanların tədqiqinə də yer veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə