Silahlı Qüvvələrin Hərbi Akademiyasında seminarlar keçirilib

Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı çərçivəsində
Silahlı Qüvvələrin Hərbi Akademiyasında seminarlar keçirilib

Bakıda Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının professor-müəllim heyətinin və NATO/ABŞ ekspert qrupunun iştirakı ilə "Strategiya və qüvvə planlaşdırılması" və "Əməliyyatların hazırlanması və planlaşdırılması" mövzularında seminarlar keçirilib.

Seminarlarda akademiyanın "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə" kursunun professor-müəllim heyəti və dinləyiciləri ilə ekspert qrupu arasında milli təhlükəsizlik strategiyaları və qüvvələrin planlaşdırılması mövzuları ətrafında müzakirələr aparılıb. Mövzulara dair mühazirələr dinlənilib.

Akademiyanın rəisi general-leytenant Heydər Piriyevin rəhbərliyi ilə keçirilən seminarlarda bu ali hərbi təhsil ocağında və ABŞ Silahlı Qüvvələrinin Qərargah Kollecində əməliyyatların hazırlanması sahəsində brifinqlər təqdim olunub.

Sonda NATO/ABŞ ekspert qrupu ilə DEEP çərçivəsində bu günədək görülən işlər və gələcək planlar müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə