ASAN Könüllüləri Cocuq Mərcanlıda

ASAN Könüllüləri Cocuq Mərcanlıda

"ASAN Könüllüləri" torpaq çərşənbəsini Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsi olan Cocuq Mərcanlıda keçirib.

"ASAN Könüllüləri" Təşkilatından SİA-ya verilən məlumata görə, səfər zamanı könüllülərə məlumat verilib ki, ötən il uğurlu aprel əməliyyatlarından sonra Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşamı mümkün olmuşdur. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtmasına zəmin yaranmış, həmin ərazilərdə yenidənqurma işlərinə start verilib. Daha sonra könüllülər Cocuq Mərcanlıda aparılan bərpa və yenidənqurma işləri ilə yaxından tanış olublar.

Həmçinin ön cəbhədə düşmənlə üz-üzə vətənin keşiyində dayanan əsgərlərin iştirakı ila könüllülərin ifasında kiçik konsert proqramı təşkil olunub, "Əsgərə Məktub" layihəsi çərçivəsində vətəndaşların ünvanladıqları təşəkkür məktubları onlara təqdim olunub.

Daha sonra Cocuq Mərcanlı əhalisinin daha çox məskunlaşdığı Qazaxlar kəndindən olan balacalara "ASAN məktub" yazdırılıb. Balacalar öz istək və arzularını "ASAN məktub" vasitəsilə vətəndaşlara ünvanlayıblar.

Səfərin sonunda "Yaşıl ASAN" təşəbbüsünün "Qarabağa Doğru" layihəsi çərçivəsində ərazidə müxtəlif ağaclar əkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə